...

Paşinyan Azərbaycana dəhliz verəcək - Ermənilər açıqladı

Siyasət Materials 1 İyun 2023 15:41 (UTC +04:00)
Paşinyan Azərbaycana dəhliz verəcək - Ermənilər açıqladı

Bakı. Trend:

Paşinyan Azərbaycana dəhliz verməkdən imtina etməyəcək.

Trend xəbər verir ki, Ermənistanın "Hraparak" nəşrinin yazdığı məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Sonuncunun bəyanatına görə, Ermənistanın Naxçıvan Muxtar Respublikası, Sünik (Zəngəzur) və Azərbaycandan keçməklə Rusiya Federasiyası, Aİ və İrana çıxmaq imkanı ola bilər.

“Prezident İlham Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq "yol" adlanacaq. Son günlər güc dairələrində belə deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizdən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu daha qısa müddətə - cəmi 3 və ya 5 ilə təmin edəcək”, - qəzet qeyd edir.

Qeyd edək ki, bu həftə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti