...

Azərbaycan etibarlı enerji tərəfdaşıdır - Bolqarıstanın sabiq prezidenti

Siyasət Materials 7 İyun 2023 16:07 (UTC +04:00)
Azərbaycan etibarlı enerji tərəfdaşıdır - Bolqarıstanın sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan etibarlı enerji tərəfdaşıdır.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

"Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır. Bunu artıq təsdiqləyib. Bununla yanaşı tərəfdaşlığı ilə bizim də inkişafımıza töhfə verir",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda tədbir keçirilir.

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin növbəti günü Gəncədə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti