Bakı. Trend:
Sərhəd Qoşunları Komandanları Şurası məhz MDB-nin inkişafına əsas töhfə verən orqandır.
Trend xəbər verir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.
"Şuranın rolu ölkələrimizin sərhədlərində təhlükəsizliyin təmin edilməsi üzrə anlaşmanın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə səbəb olacaq. Bu orqan təkcə təhlükəsizliyin möhkəmlənməsinə imkan vermir, həm də MDB ölkələri arasında əməkdaşlığın inkişafına aktiv şəkildə şərait yaradır. Əlaqələndirmə və birgə səylər sayəsində sərhədimizin etibarlı müdafiəsini təmin edirik və müasir çağırış və təhdidlərə qarşı müqavimət göstəririk. Sərhəd Qoşunları Komandanları Şurası strateji məsələlərin müzakirəsi və regionda sülhün və sabitliyin dəstəklənməsinə yönəlmiş razılaşdırılmış qərarların qəbulu üçün əsas forumdur", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)