...

Azərbaycan qonşu ölkələrin sərhəd qurumları ilə əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirir - Məhərrəm Əliyev

Siyasət Materials 8 İyun 2023 12:48 (UTC +04:00)
Azərbaycan qonşu ölkələrin sərhəd qurumları ilə əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirir - Məhərrəm Əliyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qonşu ölkələrin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili məqsədilə görüşlər və məsləhətləşmələr keçirilir.

Trend xəbər verir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.

"Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İrandan olan nümayəndələrlə birgə gələcək əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçiririk. Nümunə olaraq Rusiya və Qazaxıstandan olan həmkarlarla birlikdə Xəzər dənizində birgə operativ-profilaktik tədbirlərin keçirilməsi təcrübəsini qeyd etmək istərdim. Sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərləri həyata keçirilir, sərhəd nəzarət xətti üzrə və operativ orqanların işgüzar görüşləri keçirilir, Azərbaycan-Rusiya sərhədində demarkasiya işləri uğurla davam etdirilir. Uğurlu qarşılıqlı fəaliyyətin digər bir nümunəsi isə Özbəkistandan olan həmkarlarla əməkdaşlığımızdır. Ötən ilin dekabr ayında Sərhəd Qoşunlarının komandanı general-mayor Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edərək dövlət sərhədlərinin mühafizə sistemi ilə tanış olub. İkitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri üzrə məhsuldar fikir mübadiləsi aparılıb", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti