...

Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN rəhbərinin müavininə təqdim edib

Siyasət Materials 9 İyun 2023 23:19 (UTC +04:00)
Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN rəhbərinin müavininə təqdim edib

Bakı. Trend:

Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebiynisə təqdim edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyinin "Twitter"dəki paylaşımında deyilir.

"2023-cü il iyunun 9-da Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynisə təqdim edib", - deyə paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti