Bakı. Trend:
Zəngəzur dəhlizinin açılmasında əsas əngəl İrandır.
Trend-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan və İran əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdir. İranın burada belə münasibətdə olması həm Azərbaycanı, həm də bizi narahat edir. Əslində bu, onları da narahat etməlidir. Əgər Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu, həm də dəmir yolu ilə bir-birinə inteqrasiya olunar, bəlkə də Pekin-London xətti açılardı", - deyə o əlavə edib.