...

Azərbaycan və Türkiyə DİN rəhbərləri arasında telefon danışığı olub (FOTO)

Siyasət Materials 22 İyun 2023 22:51 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri Vilayət Eyvazov və Ali Yerlikaya arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "Twitter" hesabında yazıb.

"Jandarm Qüvvələri Komandanı Ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq.

Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", deyə Türkiyə DİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti