...

Türkiyə Əsrində ölkəmiz yeni yüksəliş mərhələsinə keçib - Ərdoğan

Siyasət Materials 27 İyun 2023 12:35 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Əsrində ölkəmiz yeni yüksəliş mərhələsinə keçib.

Trend TurkicWorld-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə bağlı yayımlanan təbrik mesajında deyib.

Türkiyə Prezidenti onu da qeyd edib ki, Türkiyə Əsri gerçəyə çevriləcək.

"Bundan sonra bütün gücümüzü və vaxtımızı Türkiyənin inkişafına, millətimizin tələblərinin qarşılanmasına sərf edəcəyik. Millətimizə söz verdiyimiz kimi, ilk il ərzində 319 min olmaqla, ümumilikdə, 50 min evi zəlzələ qurbanları üçün tamamlamaqda qərarlıyıq", -deyə o əlavə edib.

O, həmçinin, Türkiyə xalqının Qurban bayramını təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti