...

Rusiyada Körfəz Əməkdaşlıq Şurasının Nazirlər İclası keçiriləcək

Siyasət Materials 9 İyul 2023 04:37 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 10-da Rusiyanın paytaxtı Moskva şəhərində Körfəz Əməkdaşlıq Şurasının Nazirlər İclası keçiriləcək.

Trend xəbər verir ki, tədbir zamanı tərəflər beynəlxalq gündəliyin bəzi aspektlərini, eləcə də regionda əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Dördüncü dəfə təşkil olunan görüş Rusiya ilə Fars körfəzi ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə yönələcək.

Qeyd edək ki, 1981-ci ildə yaradılmış təşkilatın məqsədi iştirakçı dövlətlər arasında siyasi koordinasiya və iqtisadi inteqrasiya, həmçinin Fars körfəzində regional təhlükəsizliyin və müdafiənin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti