...

Ərdoğan Qətər əmirinə TOGG hədiyyə edib

Siyasət Materials 18 İyul 2023 23:20 (UTC +04:00)
Ərdoğan Qətər əmirinə TOGG hədiyyə edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saniyə Türkiyənin yerli istehsal avtomobili olan TOGG-u hədiyyə edib.

Trend xəbər verir ki, tərəflər görüşün baş tutacağı binaya həmin avtomobildə gəliblər.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti