...

İƏT Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifini müsbət qarşılayır

Siyasət Materials 3 Avqust 2023 20:10 (UTC +04:00)
İƏT Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifini müsbət qarşılayır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öz ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qanuni qərarını tanıyır və Qarabağın erməni sakinlərinin Laçın yolundan tibbi məqsədlə istifadəsinə Azərbaycanın şərait yaratmasını, daha iri yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə təklifini müsbət qarşılayır.

Trend bu barədə İƏT-ə istinadən xəbər verir.

"Bu kimi təşəbbüslər erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına imkan yaradacaq. Baş katiblik Ermənistanın istənilən təxribatçı hərəkətlərdən çəkinməyə və Ağdam-Xankəndi yolundan, eləcə də Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün təklif olunan marşrutlardan istifadə təklifini dəstəkləməyə çağırır", - İƏT-in bəyanatında deyilir.

İƏT Baş katibliyi sülh yolunda irəliləməyin və regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün lazımi tədbirlərin görülməsinin zəruriliyini vurğulayır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında iyulun 15-də Brüsseldə keçirilən görüşdə Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni sakinləri üçün humanitar yüklərin daşınması məsələsi müzakirə olunub.

Ermənistan Qarabağın erməni sakinlərinə Ağdam-Xankəndi marşrutu üzrə humanitar yardımın çatdırılmasına mane olur, yük və xidmətlərin çatdırılması üçün alternativ marşrutların istifadəsinə qarşı "ictimai etirazlar" təşkil edir və özünün etnik və irqi nifrətə əsaslanan fəlakətli siyasətini həyata keçirmək üçün ağılsızcasına sakinləri istifadə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti