...

Ermənistan sərhədimizə bitişik ərazidə Qafan aeroprtunu açımaqla növbəti təxribata əl atdı

Siyasət Materials 19 Avqust 2023 13:43 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan sərhədimizə bitişik bir ərazidə Qafan aeroprtunun açılışını etməklə növbəti təxribata əl atmış oldu. Ermənistanın Azərbaycanla sərhəddə açılış etdiyi Qafan aeroportu perspektivsiz ölü layihədir. Bu hava limanının istifadə olunması üçün uçuş və eniş zolaqlarına giriş və çıxışı zamanı başqa ölkənin, Azərbaycanın hava məkanına daxil olması qaçılmaz olacaqdır. Çünki Qafan aeroportu bir başa demək olar ki, Azərbaycan sərhədinə bitişikdir. Bu aeroprtun tikintisi sovet ittifaqı dövründə baş versə də, o vaxtlar respublikalar arasında sərhədlər şəffaf olduğundan hava məkanlarda sərhəd pozuntuları qeydə alınmırdı. Amma 1991-ci ildə müstəqillik əldə olunandan sonra keçmiş sovetlər ittifaqına daxil ölkələr hərə öz sərhədlərini müəyyənləşdirib. Qafan aeroprtunun yerləşdiyi ərazi də Azərbaycanla sərhədə düşür.

Bu sözləri Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, müstəqil dövlətlər sərhədlərdə kommunikasiyalar tikəndə mütləq qonşu respubliklarla razılaşdırılmalıdır.

“Azərbaycanla Ermənistan arasında nəinki hər hansı bir razılaşma yoxdur, hətta sülh müqaviləsi bağlanmayıb. Belə bir sazişin olmaması Azərbaycana Qafana daxil olan hava nəqliyyat vasitələrini sərhəd məkanımızı pozan kimi hədəfə almaq hüququ verir.

Bundan əvvəl, Arazdəyəndə Naxçıvanla sərhəddə ağır metalurgiya zavodunun inşası da Azərbaycanla razılaşdırılmadan başlamışdı. Bu zavodun tullantıları Araz çayını və nəticədə Xəzəri çirkləndirəcəkdir. Belə bir təhlükəli sənaye sahəsini sərhəddimizdə tikilməsi də böyük təxribat idi. Ermənistan indi bu təxribatları Qafan aeroprtunda davam etdirir”, - deyə deputat bildirib.

A.Badamov qeyd edib ki, Qafan aeroportuna hərbi təyinatlı nəqliyyat vasitələrin daxil olacağı istisna deyil.

“Əgər Qafan aeroportunda ölkəmizə bir təhlükə müşahidə edilərsə, təbii ki, zərərsizləşdiriləcək. Buna Azərbaycanın həm gücü, həm də məsafə baxımından imkanı çatır. Çünki Qafan aeroprtunun içində nə baş verirsə sərhədçilərimiz vizual olaraq müşahidə edə bilirlər. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Paşinyanın Qafana səfər edərək təmtəraqla açılış etdiyi aeroprt ancaq muzey eksponatı olmağa məhkumdur.

Azərbaycan da işğaldan azad olunmuş ərazilərdə aeroprtlar tikib istifadəyə verir. O cümlədən, Zəngilan aeroprtu istifadəyə verilmiş, Laçın aeroprtunun tikintisi davam etdirməkdədir. Amma Azərbaycan Ermənistandan fərqli olaraq, inşa etdiyi bütün hava limanları Ermənistan sərhədindən müəyyən qədər uzaqda tikir və bu aeroprtlar qonşu ölkənin hava məkanından uzaqda yerləşir. Bu da bütün beynəlxalq normalara uyğundur. Ermənistan isə Qafan aeroprtunu istifadəyə verməklə beynəlxalq konvensiyaları bir daha pozmuş olur”, - deyə A.Badamov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti