...

Azərbaycanın Ukraynadakı səfirliyi hərbi vəziyyətə görə səyyar konsulluq xidmətini təxirə salıb

Siyasət Materials 4 Sentyabr 2023 10:13 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi hərbi vəziyyətə görə səyyar konsulluq xidmətini təxirə salıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyi hərbi vəziyyətə görə səyyar konsulluq xidmətini təxirə salıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Ukrayndakı səfirliyinin "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

Bildirilib ki, Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərin artması ilə əlaqədar 09 sentyabr 2023-cü il tarixə nəzərdə tutulmuş səyyar konsulluq xidmətinin həyata keçirilməsi qeyri-müəyyən tarixədək təxirə salınır.

Xatırladaq ki, bir müddət öncə səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti