...

Ermənistan 30 illik işğal dövründə insanlığa qarşı cinayətlər törətdi - Nazir

Siyasət Materials 13 Sentyabr 2023 12:55 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdi.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.

"30 illik işğal dövründə Ermənistan uşaqlar, yaşlılar və qadınları istisna etmədən etnik təmizləmə həyata keçirdi. Ermənistanın aqressiyası nəticəsində 100 minlərlə azərbaycanlı yaşamaq, təhsil almaq, sağlamlıq hüquqlarından məhrum oldu", - deyə nazir əlavə edib.

Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti