...

Azərbaycan xalqı Vətəni canı bahasına qorudu - Mehmet Yüce

Siyasət Materials 27 Sentyabr 2023 17:51 (UTC +04:00)
Azərbaycan xalqı Vətəni canı bahasına qorudu - Mehmet Yüce
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsinin başlandığı günün Anım Günü kimi qeyd edilməsi Azərbaycan xalqının öz şəhidlərinə sədaqət borcu baxımından çox əhəmiyyətlidir.

Bu barədə Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

"Əslində, şəhidlərin xatirəsini yad etmək sədaqət borcundan daha çoxudur. Çünki şəhidlərin xatirəsinin yaşadılması ölkədə vətənpərvərlik şüurunun yaradılmasında və bu şüurun nəsildən-nəslə ötürülməsində mühüm əhəmiyyət kəsb edir. Bu şüur ​​həm də cəmiyyəti yaşadacaq, sosial intellektin formalaşmasına səbəb olacaq, vətənpərvərlik cəmiyyətdə mədəniyyətə çevriləcək. Azərbaycanda, demək olar ki, hər ailədə bir və ya bir neçə şəhid var. Azərbaycan xalqının şəhidlərin və onların ailələrinin qorunmasında çox həssas olduğunun şahidi oluruq.

Bundan başqa, Azərbaycanda hər bir qurum öz şəhidlərinin xatirəsini yad etmək üçün ciddi səy göstərir. TÜDİFAK olaraq biz də şəhidlərimizin və onların ailələrinin məzarlarını ziyarət etdik. Ailələr hər zaman “Vətənə sağ olsun” deyir, şəhid ailəsi olmaqdan öyünürlər. Azərbaycan xalqı ərazi bütövlüyü uğrunda canından keçdi", - deyə o M.Yüce bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı tarixdə bir çox müharibələrdə iştirak edib.

"Lakin azərbaycanlıların ən ağır imtahanı ermənilərlə olub. Ermənistan hər cür xəyanət və qorxaqlıqla Azərbaycan xalqına qarşı bütün oyunların baş aktyoru olub. Bütün bunlara qarşı Azərbaycan xalqı vətən yolunda canını, əzizlərini fəda etsə də, vətəndən bir çınqıl daşı belə güzəştə getmədi və bundan sonra da heç bir halda güzəştə getməyəcəyini bütün dünyaya bəyan etdi", - M.Yüce əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti