...

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət edib

Siyasət Materials 5 Oktyabr 2023 21:03 (UTC +04:00)
Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ay Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə Qranadada keçirilən Avropa Siyasi Birliyinin (EPC) 3-cü sammitində iştirak edən Avropa İttifaqı Şurasının Prezident Şarl Mişel “France-Presse”ə açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflərə Brüsseldə keçiriləcək görüş barədə artıq məlumat verilib.

"Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam", - deyə Ş.Mişel bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti