...

Azərbaycanla qədim əlaqələrimizi möhkəmləndirmişik - Ersin Tatar

Siyasət Materials 17 Oktyabr 2023 02:19 (UTC +04:00)
Azərbaycanla qədim əlaqələrimizi möhkəmləndirmişik - Ersin Tatar

Bakı. Trend:

Azərbaycanla qədim əlaqələrimizi möhkəmləndirmişik.

Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan rəsmilərinin və ictimaiyyətinin onu xüsusi maraqla qarşıladığını bildirib.

"Azərbaycandakı görüşlər çox məhsuldar olub. Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında təhsil, incəsənət, mədəniyyət, turizm, qarşılıqlı ticarət və digər sahələrdə əlaqələr davam edəcək”, - Ersin Tatar bildirib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 12-də Azərbaycana səfərə gəlib. E.Tatarın Azərbaycana səfəri dünən başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti