...

Avropanın müstəmləkə dövlətləri məsuliyyətlərini qəbul etməlidir - Keniya nümayəndəsi

Siyasət Materials 20 Oktyabr 2023 13:37 (UTC +04:00)
Avropanın müstəmləkə dövlətləri məsuliyyətlərini qəbul etməlidir - Keniya nümayəndəsi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın müstəmləkə dövlətləri dialoqa cəlb edilməli və post-müstəmləkə ölkələrinin durumuna görə öz məsuliyyətlərini qəbul etməlidir.

Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Keniyanın səhiyyə proqramları üzrə direktoru Kristina Yahama deyib.

"Biz müstəmləkəçiliyə meydan oxumağa çağırırıq. Keniyanın səhiyyə sistemi ürəkaçan vəziyyətdə deyil. Fransa, əsasən, səhiyyəyə deyil, infrastruktura investisiya qoyur", - deyə Yahama vurğulayıb.

Onun sözlərinə görə, müstəmləkəçi imperiyalar post-müstəmləkə ölkələrində investisiya strategiyasını təkrar gözdən keçirməlidir.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti