...

AP və Aİ-nin Azərbaycana qarşı qərəzli qərarları özlərinə ziyandır – Deputat

Siyasət Materials 29 Oktyabr 2023 13:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ittifaqı elə hesab edir ki, dünya bir qütblüdür və onlar beynəlxalq hüquq və normaları tapdalaya bilərlər. Əslində Avropa əsrlər boyu neokolonializm siyasəti yürüdən Fransanın təsiri altına düşmüşdür və ona görə də onlar müstəqil sözünü deyə bilmirlər. Avropa İttifaqı və Avropa Parlamenti yanlış yolda olduğunu bilə-bilə Fransanın təqdim etdiyi qərarları qəbul etməyinə özlərini borclu görməklə aciz durumda olduğunu nümayiş etdirirlər. Bu da sürətlə inkişaf edən qoca bir qitəni son illər iqtisadi və sosial çətinliklərlə üz-üzə qoyur və Avropa İttifaqının gələcyini şübhə altına salır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu dövürdə Fransa elə hesab edirdi ki, Azərbaycan heç vaxt güclənə bilməz və işğalla barışacaqdır.

“Amma Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti güclənərək iqtisadi və siyasi müstəqilliyinə qovuşdu. Azərbaycan öz sözünün sahibi olan çox az dövlətlərdən birinə çevrilmişdir. Belə ki, üç il əvvəl öz gücümüzlə torpaqlarımızı işğaldan azad etməyimiz Fransanın və digər düşmənlərimizin çirkin niyyətlərini gözündə qoymuşdur. Bu gün isə bütün ərazilərimizdə suverüenliyimizin bərpası Fransanı hiddətləndirmiş, Avropa çərçivəsində ölkəmizə təzyiqlər göstərməyinə çalışır və qərəzli qərarların qəbul edilməsinə davam edirir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və heç kim iradəmizi qıra bilməz.

Əslində Avropa Parlamenti və Avropa İttifaqının Azərbaycana qarşı qəbul edilən qərəzli qərarların özlərinə ziyanı var. Çünki Azərbaycanın Avropadan asıllığı yoxdur. Amma Avropa əksinə Azərbaycandan asıllıdır. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan alternativsiz mənbədir.

Avropanın Rusiya ilə enerji sahəsində çətinliklər yarandığından Azərbaycan enerjisi demək olar ki, Avropanın ümüd mənbəyinə çevrilmişdir. Ona görə də Avropa Komisiyasının prezidenti Ursula Von der Leyen Azərbaycandan Avropaya ixrac olunan qazın iki dəfə artırılması və bərpa olunan enerjinin ixrac olunması ilə bağlı sənədlər imzalanıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, Avropanın Rusiya ilə əlaqələrin pisləşməsi iqtisadi bağlantıları təmin edən ənənəvi marşurutlarda da hərəkətin davam etdirilməsində çətinlik yaradıb.

“Azərbaycanın təqdim etdiyi regional lahiyələr və beynəlxalq dəhlizlər Avropanın Asiya ilə iqtisadi bağlantıların davam etdirilməsində ən vacib istiqamətlərə çevrilmişdir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, bu gün Azərbaycan Avropa İttifaqı üçün daha vacib aktordur. Azərbaycan Avropasız da yaşaya bilər. Çünki bizim satdığımı enerji resurslarımızın dünyada alıcıları çoxdur.

Amma Avropa İttifaqı marionet Ermənistan və Fransanın girovluğunda olmaqda davam edərək Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməkdə davam edərsə onlar üçün həyati əhəmiyyət kəsb edən bir aktorun itirilməsinə yol açmış olar. Bu da Avropada iqtisadi və sosial vəıziyyəti daha da pisləşdirər. Avropalılar yaxşı yaşamalarına öyrəşmişdir. Amma onların ədalətsiz mövqeyi Avropa Birliyinin sonlanmasına aparacaq və bu qoca qitəni firavanlıqla vidalaşdıra bilər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti