...

Ağdərə bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edilmişdi - Elman Məmmədov

Siyasət Materials 27 Noyabr 2023 11:49 (UTC +04:00)
Ağdərə bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edilmişdi - Elman Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edildi və yenidən yaradıldı. Həmin gündən 32 il bir gün keçir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Xocalının deputatı Elman Məmmədov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, o da həmin sesiyada iştirak edib.

" Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi”, - deyə o əlavə edib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti