Bakı. Trend:
2020-ci il 10 dekabrda Azadlıq meydanında keçirilən Zəfər paradı ondan əvvəlki paradlardan fərqli idi. Çünki, Azərbaycan ordusu öz gücünü paradda yox, döyüş meydanında göstərərək Ali Baş Komandanın döyüş tapşırığını yüksək səviyyədə icra etmişdi. Son 200 illik tarixində ilk dəfə döyüş meydanında torpaqlarını işğaldan azad etmişdi. Bu, qəhrəmanlıq səhifəmiz idi. Ordumuz xalqımızın başını uca etmişdi. Ona görə də Zəfər paradı keçirmək xalqımızın haqqı idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Zəfər paradı həm də ölkəmizdəki sarsılmaz milli
birlik və həmrəyliyin təntənəsi idi.
“Xalqımızın 30 illik doğma yurd həsrətinə Prezident İlham Əliyevin
rəhbərliyi altında ölkəmizdə formalaşmış milli birlik və həmrəylik
son qoydurmuşdu. Zəfər paradı həm də Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən ilk parad
idi. İki qadaş ölkənin iki qardaş Prezidenti çiyin-çiyinə dayanaraq
Zəfər paradını qəbul edir. Paradda Azərbaycanın qalib ordusu ilə
yanaşı qardaş Türkiyənin məhmətcikləri də yürüş etdilər. Təbii ki,
bu sözlə ifadə olunmayan və heç vaxt unudulmaz tarixi hislər idi”,
- deyə deputat bildirib.
O qeyd edib ki, Zəfər paradın ən yadda qalan hadisəsi ermənilərin
arzusunu da reallaşdırmağımız oldu.
“Ermənisrtan ordusundan qənimət götürülmüş döyüş texnikaları da yük
maşınlarına yüklənərək Azadlıq meydanında nümayiş etdirildi. Bu gün
həmin texnikalar Qənimətlər parkında sərgilənir.
Zəfər paradında dövlət başçımız kapitulyasiya sənədinə imza atmış
Ermənistana da mesajlar göndərdi. Ammna təəssüf ki, Ermənistan yenə
də bir nəticə çıxartmadı və ölkəmizə olan ərazi iddialarından əl
çəkməyərək Qarabağda separatçıların yenidən silahlandırmasına davam
etməyə başladı.
44 gündə Zəfərə imza atmış rəşadətli ordumuz cari ilin 19-20
sentyabrda keçirlən antiterror tədbirləri ilə torpaqlarımızda
erməni separatizmin kökünü kəsdi. İndi artıq bütün dünya, o
cümlədən Ermənistan da Qarabağ Azərbaycandır deyir. Bizim
paradlarda nümayiş etdirdiyimiz hərbi güc ancaq tamaşa məqsədli
olmadığını sübut etdik.
Biz paradlarda ordumuzun nəyə qadir olduğunu göstərir və
düşmənlərimizi sülh yolu ilə torpaqlarımızdan çəkilməsinə
çağırışlar edirdik. Zaman sübut etdi ki, bizim paradlarda nümayiş
etdirdiyimiz ordumuz dünyanın ən güclü ordularındandır.
Artıq üç ildir ki, torpaqlarımız azaddır. İşğaldan azad olunmuş
ərazilərimizdə yenidən qurma və bərpa işləri sürətlə həyata
keçirilir. 30 il işğalda olmuş torpaqlara yenidən nəfəs verilir,
ruhumuz qayıdır. Bu böyük xoşbəxtlikdir. Ordumuz düşmənlərimizin
qorxulu röyasına çevrilmişdir. Yaşasın müstəqil Azərbaycan
Respublikası! Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun Ali Baş
Komandan İlham Əliyevə!”, - deyə A.Badamov əlavə edib.