...

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir - XİN

Siyasət Materials 11 Dekabr 2023 23:54 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir.

Trend-in məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində Ukrayna xarici işlər naziri Dmitri Kuleba yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Prezident Volodimir Zelenskinin Sülh Formulasını və ikitərəfli əməkdaşlığımızı müzakirə etmək üçün görüşməkdən çox məmnun oldum. Mən Ukraynanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, eləcə də Xəzər və Qara dənizlər arasında regional əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəklədiyini təsdiqlədim", - deyə D.Kuleba qeyd edib.

Qeyd edək ki, nazir Ceyhun Bayramov hazırda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Belçikada işgüzar səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti