Bakı. Trend:
Rəsmi Bakı ABŞ-nin yanvar ayında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifi ilə bağlı erməni mediasında yayılan məlumatlara reaksiya verib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, növbəti görüşün yeri və tarixləri barədə hələlik razılıq yoxdur
Qeyd edək ki, Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan ölkənin ictimai televiziyasına müsahibəsində Azərbaycanın ABŞ-nin təklifinə müsbət cavab verdiyini bildirib: "Hazırda bizdə olan məlumata görə, Azərbaycan ABŞ-nin Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi təklifini qəbul edib", - o deyib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ-də nazirlər səviyyəsində görüşdə iştiraka hazır olduqlarını bildirib.