...

Makronun növbəti uğursuzluğu: Fransanın yalanları tarixin zibilliyinə atıldı

Siyasət Materials 26 Dekabr 2023 19:46 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Çox təəssüf ki, Azərbaycanın Zəfərini həzm edə bilməyən dövlətlər var. Həmin dövlətlər Ermənistana dayaq dayanır, onu silahlandırır və yenidən regionda gərginliyi artırmağa çalışır. Bu dövlətlərin başında Fransa dayanır. Fransa heç cürə Azərbaycanın uğurlarını, pozulmuş ədalətin bərpa edilməsini qəbul edə bilmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, torpaqlarımız işğal altında olduğu 30 ildə Fransa ölkəmizə olan qəzəbini açıq şəkildə ifadə etmirdi. Amma gizli şəkildə BMT TŞ-nin qətnamələrinin icra olunmaması üçün ATƏT-in Minsk Qrupunun həmsədri olaraq çalışırdı və ölkəmizi erməni işğalı ilə barışdırılması üçün əlindən gələni edirdi.

"Biz də saf niyyətimizlə Fransa ilə dostluq əlaqələrini qurmağa, şəhərləri qardaşlaşdırmağa və xalqlarımızı yaxınlaşdıraraq əlaqələri möhkəmləndirməyə çalışırdıq. Amma 44 günlük Vətən müharibəsi zamanı BMT-də Azərbaycana qarşı qətnamə qəbul etdirməyinə cəhdlər etməklə Fransanın iç üzü açıldı. Sonradan da Fransanın BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirmək cəhdləri davam etdirdi. Lakin Azərbaycanın dost dövlətləri Fransanın çirkin niyyətlərinin həyata keçməsinə imkan vermədi. Fransa müharibədən sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək adı altında yenə meydana çıxdı. Hətta ATƏT-in Minsk Qrupunu da yenidən canlandırmağa çalışdı. Minsk Qrupu tarixin arxivinə göndərildiyindən Fransanın bütün cəhdləri boşa çıxdı".

Deputat əlavə edib ki, Azərbaycana qarşı cəhdləri boşa çıxan Makron hakimiyyətinin nümayəndələri keçmiş qondarma quruma humanitar yükləri göndərmək adı altında Laçın sərhəd keçid məntəqəsinə qədər gələrək ölkəmizə binokollar vasitəsilə baxdılar və selfi çəkib geri getdilər:

"Azərbaycana qarşı Senatda qətnamələr də qəbul etdilər. Hətta ABŞ və Almaniyanı da özünün Azərbaycana qarşı keçirdiyi kampaniyasına qoşdular. ABŞ-nin Milli Konqresində keçirilən dinləmələrdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O Brayn Azərbaycanla əlqələrin əvvəlki kimi olmayacağını da bəyan etdi. Azərbaycandakı ABŞ səfirliyi tərəfindən ABŞ-də təhsil alanlarla görüş adı altında agentura şəbəkəsini də yığmağa çalışdılar. Dövlət Təhlükəsizlik Xidmətinin operativliyi sayəsində ölkəmizdə ictimai siyasi sabitliyi pozmaq istiqamətində olunan bütün xarici cəhdlərin qarşısı vaxtında alınaraq neytrallaşdırıldı. Beləliklə, ABŞ və Fransanın bütün cəhdləri iflasa uğrandı. Nəticədə ABŞ Dövlət katibi Antoni Blinken dövlət başçımıza telefonla zəng edərək Ceyms O Braynın Azərbaycana səfər etməyinə icazə verilməsini xahiş etdi. Ölkə Başçımız isə yüksək səviyyəli səfərlərin qarşılıqlı baş tuta biləcəyini bildirərək Azərbaycanın dəyişilməz mövqeyini ABŞ-nin Dövlət katibinin diqqətinə çatdırdı. Antoni Blinken Azərbaycanın şərtlərini qəbul etdiyini və ölkəmizlə əlaqələrin inkişaf etdirilməsinə maraqlı olduqlarını bildirdi. Beləlikə, Fransanın ABŞ-ni Azərbaycana qarşı qoymaq cəhdləri də boşa çıxdı. 19-20 sentyabrda keçirdiyimiz lokal xarakterli antiterror tədbirlərindən sonra Fransa yenə hərəkətə keçərək Azərbaycana qarşı saxta etnik təmizləmə ilə bağlı saxta beynəlxalq sənədlər qəbul etdirmək istədi. Atalar misalı var: Yalan ayaq tutub yeriməz...

Fransanın Ermənistanla birgə yalanları yenə də yerimədi və tarixin zibilliyinə atıldı. Nəticədə isə vasitəçilk adı altında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılamısına vasitəçilik etmək adı ilə mane olanlar oyundan kənar vəziyyətə düşdülər. Noyabrda Dubayda keçirlən COP 28 -də son 33 illik tariximizdə ilk dəfə olaraq Ermənistan öz namizədliyini geri çəkərək Azərbaycanın COP 29-a ev sahibliyi edilməsi sənədinə imza atdı. Sonra da Prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyası ilə Ermənistan Baş naziri aparatı arsında birbaşa əlaqə yaradaraq hərbçilər dəyişdirildi. Baş Nazirlərin imzası ilə Delimitasiya üzrə Dövlət Komissiyalarının reqlamenti təsdiq olunaraq eyni vaxtda açıqlandı. Hal-hazırda isə sülh müqaviləsinin imzalnaması üçün vasitəçilərin iştirakı olmadan sənədlər mübadilə olunaraq razılaşdırılır. Beləliklə, ermənidən çox ermənilik edən Fransa yenə də oyundan kənar vəziyyətdə qaldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti