...

Azərbaycanın uğurlarının təməlində ölkədə formalaşmış güclü iqtisadiyyat dayanır

Siyasət Materials 15 Fevral 2024 15:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənab İlham Əliyev yenidən Prezident seçilməsi ilə bağlı keçirdiyi andiçmə mərasimində geniş nitqlə çıxış etdi. Dövlət başçımız müxtəlif sahələrdə əldə edilən uğurlara toxunaraq başlanılan yeni dövürdə güclü Azərbaycan naminə müəyyənləşdirilmiş yeni hədəflərini açıqladı. Təbii ki, son 20 ildə dövlət başçımızın rəhbərliyi altında ölkəmiz böyük bir uğurlu yol keçərək qalib ölkəyə çevrildi. Bu uğurların təməlində ilk növbədə təmin olunmuş ictimai-siyasi sabitlik dayanmaqla yanaşı ölkədə formalaşmış güclü iqtisadiyyat dayanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, ölkənin iqtisadi inkişafı təmin olunmasaydı digər uğurlara imza atmaq çətin olacaqdı.

“Çünki icra olunan sosial iqtisadi layihələrin həyata keçirilməsi, ordunun gücləndirlməsi, müstəqil beynəlxalq siyasətinin yürüdülməsi üçün ölkədə iqtisadi müstəqilliyin təmin olunması vacib idi. Məhz Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən iqtisadi siyasəti sayəsində Azərbaycan dövləti inkişafda böyük bir yol keçərək özünün pozulmuş ədalətini bərpa edə bilən güclü dövlətə çevrildi.

Biz son 20 ildəki ölkəmizin iqtisadi mənzərəsinə baxsaq görərik ki, həyatımızın elə bir sahəsi olmamışdır ki, orda uğurlu nəticələr əldə olunmasın. Son 20 ilin əsas iqtisadi göstəricilərinə diqqət yetirsək bu məsələnin daha yaxşı izahını görərik. Belə ki, 2003-cü ildə ÜDM 7 milyard dollar idisə, 2023-cü ildə bu rəqəm 72 milyard dollara çatdı. Son 20 ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 70 milyard dollara, minimum əmək haqqı 9 manatdan 345 manata, minimum pensiya 200 manatdan 280 manata qədər artdı.

Ölkədə orta pensiya 500 manat, orta əmək haqqı isə 940 manata qədər artdı. Ölkəmizin xarici dövlət borcu 9%-dən aşağı endi. Bu gün dünyanın inkişaf etmiş ölkələrin xarici dövlət borcları ÜDM-in 100%-i və ondan çoxdur. Bu rəqəm Azərbaycanın qazandığı iqtisadi inkişafını qlobal iqtisadiyyatla müqayisəsində ən yaxşı göstəricidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, ölkə iqtisadiyyatına 320 milyard dollar sərmayələr yatırıldı.

“Ölkənin qeyri neft sektorunun inkişafı üçün bütün imkanlar yardıldı. Məhz ölkə iqtisadiyyatının inkişafı nəticəsində yeni müəssisələr açıldı ki, bu da işsizlik probleminin aşağı enməsini şərtləndirdi. Belə ki, 2003-cü ildə ölkədə işsizlik 50% olduğu halda bu gün bu rəqəm 5%-ə enib. Cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələri və qazilər üçün 14800 mənzil, 7600 avtomobil verilib. O cümlədən qarşıdan gələn iki ildə bu kateqoriyadan olan ailələri 100% mənzillərlə təmin edilməsi üçün Dövlət Proqramı icra olunur.

Yeni dövürdə də iqtisadi inkişaf templərinin qorunub saxlanılması əsas hədəflərdəndir. Belə ki, ölkəmiizin tranzit logistik imkanlarını daha da genişləndirmək, neft-qaz sektorunun inkişaf tempini qoruyub saxlamaq, özəl sektorun inkişafına xidmət edən addımları genişləndirmək və investisiya mühitinin imkanlarını reallaşdırmaq, iqtisadiyyatı rəqəmsallaşdırmaq, bərpa olunan enerji sektorunu inkişaf etdirmək, texnoloji inkişafı təmin edəcək məsələləri həll etmək və digər məsələlərin həyata keçirilməsi qarşıda duran dövrün əsas hədəfləri sırasındadır. Yeni dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın daha da güclənəcəyini, insanların sosial rifahının yaxşılaşacağını və beynəlxalq mövqelərimizin möhkəmlənəcəyini hesab edirəm”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti