...

Aİ-nin Azərbaycandakı səfiri Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı başsağlığı verib

Siyasət Materials 26 Fevral 2024 11:22 (UTC +04:00)
Aİ-nin Azərbaycandakı səfiri Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı başsağlığı verib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin "Facebook" hesabında bildirilib.

"Biz Xocalıda dəhşətli faciənin qurbanlarını yad edirik: qadınlar, kişilər, uşaqlar, qocalar və onların hamısının xatirəsini yad edirik. Xocalıda ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir daha təkrarlanmasın", - Aİ səfiri qeyd edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti