Finlandiyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Siyasət Xəbər 30 May 2024 18:14 (UTC +04:00)

Bakı. Trend:

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Finlandiya Prezidenti dövlətimizin başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti