...

Prezident İlham Əliyev Rusiya Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 24 İyun 2024 10:13 (UTC +04:00)
Prezident İlham Əliyev Rusiya Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Sergey Alimoviç.

Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".

Xəbər lenti

Xəbər lenti