...

İl ərzində sakinlərin yenidən qurulan Cəbrayıl şəhərinin mərkəzi hissəsinə köçürülməsi planlaşdırılır - Vahid Hacıyev

Siyasət Materials 28 İyun 2024 12:15 (UTC +04:00)
İl ərzində sakinlərin yenidən qurulan Cəbrayıl şəhərinin mərkəzi hissəsinə köçürülməsi planlaşdırılır - Vahid Hacıyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Bu il ərzində sakinlərin yenidən qurulan Cəbrayıl şəhərinin mərkəzi hissəsinə, eləcə də, Cəbrayıl rayonunun bir neçə kəndinə köçürülməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

"Sakinlərin yeni yaşayış məntəqələrinə hər köçürülməsi ilə yeni sahibkarlıq imkanları yaranır. Nümunə olaraq Cəbrayılda yaşayış binalarının qeyri-yaşayış sahələrində həm köçürülən sakinlər, həm də sahibkarlar üçün müxtəlif sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılmasını göstərmək olar və artıq bu istiqamətdə işlər görülür", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti