...

Ödənişli təşviqatla bağlı 54 media orqanı MSK-ya müraciət edib

Siyasət Materials 1 Avqust 2024 16:38 (UTC +04:00)
Ödənişli təşviqatla bağlı 54 media orqanı MSK-ya müraciət edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqatla bağlı 54 media orqanı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Trend-in xəbərinə görə, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Həmin media orqanlarının siyahısı bu gün günün sonunda MSK-nın saytında yerləşdiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti