...

AEBA-nın Azərbaycanla sıx əməkdaşlığı davam edir - Rafael Qrossi

Siyasət Materials 19 Sentyabr 2024 22:45 (UTC +04:00)
AEBA-nın Azərbaycanla sıx əməkdaşlığı davam edir - Rafael Qrossi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycanla sıx əməkdaşlığı davam edir.

Trend xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Nüvə enerjisini inkişafının sürətləndirilməsi üzrə COP28-da qəbul edilən qərara əsaslanaraq, biz indi Bakıda keçiriləcək COP29-u səbirsizliklə gözləyirik. Bu gün AEBA-nın Azərbaycanda keçirilən Baş Konfransında dediyim kimi: emissiyasız dünyanın təcili olaraq nüvə enerjisinə ehtiyacı var. Dayanıqlı enerji gələcəyi istiqamətində çalışarkən Azərbaycanla sıx əməkdaşlığımız davam edir", - deyə, R.Qrossi bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti