Bakı. Trend:
Azərbaycan və Oman Sultanlığı arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.
Trend xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, deputat Səbinə Salmanova Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təklif edilir.