...

ATƏT PA Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda əldə olunmuş irəliləyişi alqışlayır

Siyasət Materials 17 Mart 2025 15:02 (UTC +04:00)
ATƏT PA Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda əldə olunmuş irəliləyişi alqışlayır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrasa Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə işlərin yekunlaşmasını alqışlayıb.

Trend xəbər verir ki, o, hər iki tərəfi “sülh içində gələcək naminə konstruktiv və səmimi işi davam etdirməyə” çağırıb.

“Bu irəliləyiş regionda sabitlik və sülh istiqamətində vacib addımdır. ATƏT PA regional sabitliyin, etibarın möhkəmlənməsinə və Cənubi Qafqazda barışığa yönəlmiş təşəbbüslərə dəstək olmağa hazır olduğunu təsdiqləyir”, - deyə Qrasa qeyd edib.

Xatırladaq ki, martın 13-də Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti