Bakı. Trend:
Mən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin mətni üzrə razılaşmanı yüksək qiymətləndirirəm.
Trend xəbər verir ki, bunu aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.
"Davamlı sülhə - ATƏT-in prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan sülhə nail olmaq istəyiriksə, dialoq və diplomatiya səylərimizin mərkəzində qalmalıdır. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların uğurla başa çatmasını alqışlayıram. Bu, Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa əsaslanan gələcəyə birgə səyi əks etdirən mühüm mərhələdir”, - deyə o bildirib.