...

ATƏT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir – Baş katib

Siyasət Materials 25 Aprel 2025 18:50 (UTC +04:00)
ATƏT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir – Baş katib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir.

Trend xəbər verir ki, bunu aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.

"Mən bu gün ATƏT-in baş katibi kimi ilk rəsmi səfərimdə Bakıda olmaqdan məmnunam. Səfərimin məqsədi ATƏT-in Azərbaycanla uzunmüddətli tərəfdaşlığımıza, eləcə də regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün səylərə möhkəm sadiqliyini bir daha təsdiqləməkdir", - o bildirib.

Baş katibin sözlərinə görə, dialoq və diplomatiya davamlı və dayanıqlı sülhə - dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan sülhə doğru səylərin əsası olaraq qalmalıdır. O, həmçinin qeyd edib ki, ATƏT Azərbaycanla regional iqtisadi əlaqələrin təşviqi və iqlim dəyişikliyi ilə mübarizə kimi mühüm sahələrdə əməkdaşlığı davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti