...

Deputat Azər Badamov Moskva aeroportunda saxlanılıb və deportasiya edilib

Siyasət Materials 4 May 2025 14:31 (UTC +04:00)
Deputat Azər Badamov Moskva aeroportunda saxlanılıb və deportasiya edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.

Trend xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişimə qadağa qoyulduğu bildirilib.

Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti