...

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır

Siyasət Materials 6 May 2025 12:17 (UTC +04:00)
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır.

Bu barədə BMT QAKdan Trend-ə verilən məlumata görə, bu haqda nümayəndəliyə Azərbaycan hökumətindən rəsmi bildiriş daxil olub.

“Birləşmiş Millətlər Təşkilatının Sistemi Azərbaycan hökuməti və xalqı ilə 33 illik tərəfdaşlığı yüksək qiymətləndirir. Bu müddət ərzində BMT inkişaf sahəsində əsas hədəflərə çatmaqda Azərbaycana dəstək göstərib.

BMT olaraq səylərimizin bundan sonra da milli prioritetlərə uyğun gəlməsi və 2030-cu ilə qədər olan dövr ərzində dayanıqlı inkişafla bağlı Gündəliyinin həyata keçirilməsinə vasitəçilik etməsi üçün Azərbaycan hökuməti, eləcə də digər üzv-dövlətlərlə aktiv dialoqu davam etdirir”, - BMT QAK nümayəndəsi bildirib.

Qeyd edək ki, mayın 2-də BMT-nin İnkişaf Proqramı (BMT İP) da Azərbaycandakı ofisinin bağlanmasını təsdiqləyib.

Xatırladaq ki, martın 3-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Koordinasiya İdarəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Gvi-Eop Son ilə görüşündə bundan sonra Azərbaycanın bəzi BMT qurumları ilə əməkdaşlığın onların baş qərargahları səviyyəsində həyata keçiriləcəyini bildirmişdi.

Azərbaycanın yardım alan ölkədən qlobal gündəliyə töhfə verən bir dövlətə çevrildiyi nəzərə alınaraq vurğulanıb ki, BMT-nin Yaşayış Məskənləri Proqramı, Ətraf Mühit Proqramı, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər müvafiq qurumlarla əməkdaşlıq prioritet olaraq qalır və bu strukturlarla gələcək əməkdaşlıq onların baş qərargahları səviyyəsində davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti