...

Prezident İlham Əliyevin qətiyyətli siyasətinin qələbə simvolu ​Xankəndidən Şuşayadək – üçrəngli bayrağımızın zəfər yolu

Siyasət Materials 9 Noyabr 2025 10:07 (UTC +04:00)
Prezident İlham Əliyevin qətiyyətli siyasətinin qələbə simvolu ​Xankəndidən Şuşayadək – üçrəngli bayrağımızın zəfər yolu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabr tarixində qeyd olunur. Bu gün Azərbaycan xalqı üçün dövlətçiliyin, müstəqilliyin, milli kimliyin və birliyin rəmzidir. Bayraq – hər bir xalqın azadlıq və suverenlik simvolu olmaqla, onun tarixini, mədəniyyətini və ideallarını özündə əks etdirir.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə 1918-ci il noyabrın 9-da hökumətin qərarı ilə Azərbaycan Respublikasının üçrəngli milli bayrağı qəbul edildi.

"Sovet hakimiyyəti illərində üçrəngli bayraq qadağan olunsa da, xalqın qəlbində yaşamağa davam etdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. Daha sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiqləndi."

Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlandı.

"Azərbaycanın üçrəngli bayrağı bu gün yalnız bir dövlət atributu deyil, həm də xalqın qəhrəmanlıq salnaməsinin, milli qürurunun və azadlıq ideallarının təcəssümüdür. Bu bayraq indi artıq azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu hadisə Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasətinin parlaq nəticəsidir. Azərbaycan xalqının son onilliklərdə qazandığı ən böyük nailiyyətlərdən biri torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün tam bərpasıdır."

A. Qarayev qeyd edib ki, uzun illər ərzində Azərbaycan xalqı Qarabağda üçrəngli bayrağımızın ucalacağı günü həsrətlə gözləyirdi.

"Prezident İlham Əliyev təkcə hərbi deyil, həm də siyasi və diplomatik qələbə qazandı. Dövlət başçısı, dünya ictimaiyyətinə sübut etdi ki, Qarabağ Azərbaycanındır və bu məsələ heç vaxt danışıqlar mövzusu ola bilməz. Məhz bu prinsipial mövqeyin nəticəsində bu gün Qarabağın hər qarışında Azərbaycan bayrağı ucalır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dövrə – bərpa və quruculuq dövrünə qədəm qoyub. Azad edilmiş ərazilərdə yollar, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir, insanlar doğma yurdlarına qayıdır. Və hər bir yeni tikilinin üzərində üçrəngli bayrağımız dalğalanır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti