...

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq bütün sahələrdə əhəmiyyətli dərəcədə genişlənib – Səfir

Siyasət Materials 1 Dekabr 2025 20:27 (UTC +04:00)
Azərbaycan və Rumıniya arasında əməkdaşlıq bütün sahələrdə əhəmiyyətli dərəcədə genişlənib – Səfir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq bütün sahələrdə əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edir.

Trend-in məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Rumıniyanın Milli Gününə və həsr olunmuş tədbirdə deyib.

Vasile Soare vurğulayıb ki, 2009-cu ildə Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayan ilk Avropa İttifaqına üzv dövlət olub.

“İki ölkə arasında əməkdaşlıq siyasi, diplomatik, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əhəmiyyətli dərəcədə genişlənib”, – səfir əlavə edib.

Onun sözlərinə görə, birgə iqtisadi komissiya ticarət dövriyyəsinin artmasına töhfə verir və Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan “Yaşıl Enerji Dəhlizi” layihəsi alternativ mənbələrdən əldə olunan enerjinin Avropa bazarına ötürülməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti