...

Azərbaycan regionu inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir - Cennifer Mil

Siyasət Materials 10 Fevral 2026 09:56 (UTC +04:00)
Azərbaycan regionu inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir - Cennifer Mil
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan regionu inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət Palatasının (U.S. Chamber of Commerce) Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Mil bildirib.

“Amerika şirkətləri burada regionu birləşdirmək, faktiki olaraq Xəzər vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə inteqrasiya etmək və multimodal ticarət marşrutlarını inkişaf etdirmək imkanı görürlər - əvvəllər belə bir imkan heç vaxt olmayıb. Və Azərbaycan regionu bu cür inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir”, – deyə o qeyd edib.

Mil vurğulayıb ki, artıq Mərkəzi Asiya və Türkiyədə fəaliyyət göstərən şirkətlər Azərbaycan vasitəsilə strateji əhəmiyyətli minerallar, neft-qaz məhsulları, fiber-optik şəbəkələr, eləcə də regional və rəqəmsal əlaqəlilik üzrə daha qlobal təchizat zəncirlərinin necə cəlb oluna biləcəyini nəzərdən keçirirlər.

“Bu, ABŞ-nin özəl sektorunun Azərbaycana marağına səbəb olan əsas məqamlardan biridir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti