...

AZƏRBAYCAN PREZİDENTİ TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİNİ QƏBUL EDİB

Siyasət Materials 20 İyul 2005 19:09 (UTC +04:00)

Trend agentliyi bildirir ki, iyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin müdafiə naziri Vəcdi Könülü qəbul edib.

Azərbaycan prezidenti Türkiyənin müdafiə nazirinin Bakıya səfərindən məmnunluğunu ifadə edərək qeyd edib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Azərbaycana etdiyi səfər iki dost dövlət arasındakı əməkdaşlığın yüksək səviyyəsini bir daha göstərib.Dövlət başçısının fikrincə, Azərbaycanla Türkiyə arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə möhkəmləndirilir.

İlham Əliyev xatırladıb ki, Azərbaycan müstəqillik qazandığı ilk günlərdə əslində müntəzəm orduya malik deyildi.Prezident İlham Əliyevin sözlərinə görə, Türkiyə hərbçilərinin və mütəxəssislərinin dəstəyi sayəsində böyük işlər aparıldı və bunun nəticəsində də Azərbaycan silahlı qüvvələri güclü və nizami orduya çevrildi.Dövlət başçısı Azərbaycan ordusunda aparılan islahatlara hərtərəfli dəstəyinə görə müdafiə nazirinə öz təşəkkürünü bildirib.

Öz növbəsində V.Könül qeyd edib ki, Ankara iki ölkənin orduları arasında fərq qoymur.O, bildirib ki, Türkiyə rəhbərliyi bundan sonra da qardaş Azərbaycanın ordusunun bərqərar edilməsində öz köməyini göstərəcək.

Türkiyənin müdafiə naziri Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığını beynəlxalq səviyyədə, xüsusilə də NATO proqramları çərçivəsində yüksək qiymətləndirib.

Sonda Vəcdi Könül prezident İlham Əliyevə Şimali Kipr ilə bağlı əlaqələrin tənzimlənməsində atılmış son addımlara görə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti