Qazaxıstan müşahidəçiləri Azərbaycanda qarşıdakı parlament seçkilərinin Bakıdan müvafiq dəvətnamə almaq üzrə monitorinqində iştirak edəcək.Bu barədə Trend agentliyinə Qazaxıstanın Azərbaycandakı səfirinin müşaviri Bağdad Seybattalov bildirib.
O, xatırladıb ki, 2004-cü ildə Qazaxıstanda keçirilən parlament seçkilərinin monitorinqində Azərbaycandan olan müşahidəçilər iştirak etmişdi.
"Azərbaycandan olan 20 müşahidəçi Qazaxıstan parlamentinin aşağı palatasında (məcilis) həm beynəlxalq müşahidəçilər missiyası çərçivəsində, həm də MDB müşahidəçilər qrupunun tərkibində iştirak edirdi"-deyə B.Seybattalov qeyd edib.O, bildirib ki, "Azərbaycan tərəfdən seçkilərin monitorinqində iştirak etmək barədə dəvətə yalnız müsbət cavab olacaq".