...

İLHAM ƏLİYEV: ERMƏNİSTAN AZƏRBAYCAN QARŞISINDA DAVAM GƏTİRMƏYƏCƏK

Siyasət Materials 2 Sentyabr 2005 19:39 (UTC +04:00)
İLHAM ƏLİYEV: ERMƏNİSTAN AZƏRBAYCAN QARŞISINDA DAVAM GƏTİRMƏYƏCƏK

"Azərbaycan çox güclüdür və Ermənistan onun qarşısında davam gətirə bilməz. Amma biz müharibə istəmirik, belə ki, çoxlu sayda insanlar məhv olacaq. Mən inanıram ki, gec-tez biz öz torpaqlarımızı qaytaracağıq.Qoy heç kim buna şübhə etməsin".

Trend agentliyi bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin "Hürriyyət" qəzetində sentyabrın 2-də dərc olunmuş müsahibəsində deyilir.

"Hər bir azərbaycanlı çox inanır ki, işğal olunmuş torpaqların azad ediləcəyi gün gələcək, Azərbaycanın bayrağı yenidən Qarabağ üzərində dalğalanacaq" -deyə prezident İ. Əliyev vurğulayıb və Ermənistan prezidenti Robert Köçəryanla keəçirilən Kazan görüşünün yekunlarını şərh edib. "Hələlik heç bir nəticə yoxdur.Ermənilər gözləyir ki, biz onlara müstəqillik verək.Amma bu, mümkün deyil.

Bizim üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün qorunması böyük əhəmiyyət kəsb edir.Mən Köçəryana dedim ki, biz Qarabağın erməni icmasının təhlükəsizliyinə zəmanət verməyə hazırıq.

Mən bildirdim ki, Bakı icmanın hər-hansı bir təhlükə ilə qarşılaşmasına yol verməz" -deyə İ.Əliyev qeyd edib və əlavə edib ki, "amma onlar (Ermənistan Silahlı Qüvvələri - Trend ) bizim torpaqlarımızdan geri çəkilmək istəmir".

Eyni zamanda prezident İlham Əliyevin sözlərinə görə, bu yaxınlarda ABŞ-nın dövlət katibi Kondoliza Rays telefon söhbətində bəyan edib ki, Vaşinqton tərəflərin münaqişənin həllinə gəlməsini istəyir. "Mən başa düşmürəm ki, işğalçı bir dövlət olan Ermənistan niyə cəzalandırılmır. Sözsüz başa düşürəm ki, Erməni lobbisi güclüdür.

Hazırkı vəziyyət son dərəcə ədalətsizdir" -deyə İ.Əliyev bildirib. O, qeyd edib ki, bu danışıqdan sonra Robert Köçəryanın mövqeyində müəyyən yumşalma hiss etdim, amma bu, problemin nizama salınması üçün kifayət deyil.

"Biz mümkün olan hər şeyi etdik.Amma Ermənistan beynəlxalq ictimaiyyətin rəyini dinləmir.Azərbaycanın 1 milyondan çox vətəndaşı qaçqın düşüb.Qərb münaqişənin tezliklə nizama salınması tərəfdarıdırBiz bunun üçün mümkün olan hər bir şeyi edəcəyik.Sonra oturub düşünəcəyik" -deyə prezident İlham Əliyev sözünü yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti