...

AZƏRBAYCANDA KEÇİRİLƏCƏK "EXIT POLL"UN DETALLARI ELAN EDİLİB

Siyasət Materials 16 Sentyabr 2005 18:34 (UTC +04:00)

ABŞ beynəlxalq inkişaf agentliyinin (USAID) nümayəndələri "PA Consulting Group" şirkətinin nümayəndələri ilə birlikdə sentyabrın 16-da Bakıda keçirilən mətbuat konfransında Azərbaycanda 2005-ci ildə keçiriləcək "exit poll"-un detallarını elan edib. Bu barədə Trend məlumat yayıb.

"PA Consulting Group" konsaltinq şirkətinin həmsədri Devid Hoffman (David Hoffman) bildirib ki, " "exit poll"u keçirəcək komanda artıq yaradılıb və ona Amerikanın "NBC" və "ABC News" telekanalının nümayəndələri ilə yanaşı Gürcüstanın sosioloji sorğular üzrə "GORBI" şirkəti və Azərbaycanın iki şirkəti: "Sorğu" və i "Sosioloji tədqiqatlar üzrə beynalxalq Mərkəz" daxildir.

"Bütün yuxarıda göstərilən şirkətlər anonimlik, neytrallıq, şəffaflıq və peşəkarlıq kimi bizim 4 tələbimizə tam cavab verir", -deyə Hoffman bildirib ki, onun təmsil etdiyi şirkət artıq dünyanın 90 dövlətində 1 500-dən artıq "exit poll" keçirib.

Öz növbəsində, şirkətin digər həmsədri Bob Baumqartner (Bob Baumgarther) bildirib ki, sorğu ölkənin 65 seçki dairəsində keçiriləcək. "Hər bir dairədə 15 seçki məntəqəsi seçiləcək və onların hər birində minimum 2 ekspert olacaq. Nəticədə sorğunun keçiriləcəyi seçki məntəqələrinin ümumi sayı 975 olacaq.

Sorğu "seçki" metodları ilə keçiriləcək, respondenti isə xüsusi kompyuter proqramı seçəcək. ""Exit poll"-da iştirak etmək arzusunu bildirən seçicilər öz əlləri ilə anketlər dolduracaqlar", -deyə B. Baumqartner bildirib. O qeyd edib ki, "exit poll"un keçiriləcəyi seçki məntəqələrindəki siyahılar hələlik müəyyən edilməyib.

Bütün cavablar xüsusi yaradılmış "Exit Poll" Əlaqələndirmə Mərkəzinə göndəriləcək və nəticədə sorğunun nəticələri artıq noyabrın 6-da məlum olacaq.

Eyni zamanda, B. Baumqartner bildirib ki, artıq bir həftədən sonra xüsusi internet-saytı fəaliyyətə başlayacaq ki, həmin internet-saytda noyabrın 6-da Azərbaycanda parlament seçkilərində keçirilən "exit poll"-ın nəticələri dərc olunacaq.

Trend in müxbirinin qarşıdakı "exit roll"-da yol verilən səhvlərin faizi barədə sualını cavablandıran "USAID"ın Bakıdakı ofisitnin koordinatoru Ceyms Qogin (James Qoqqin) qeyd edib ki, Azərbaycan üçün bu göstərici +- 3,5 faiz təşkil edir.

"Hər bir ölkə üçün bu göstərici müxtəlifdir. Bizim tədqiqatlarımızın nəticələrinə görə, səhvlərin buraxılması limiti məhz bu hədlərdə tərəddü edəcək", -deyə D. Qogin qeyd edib.

Onun sözlərinə görə, yerli şirkətlərin "exit poll"-a cəlb edilməsində yeganə məqsəd "yerli təşkilatlara bu cür sorğuların keçirilməsi metodlarını öyrətməkdən ibarətdir ki, nəticədə onlar özləri "exit roll"-ı təşkil etməyi bacarsınlar".

"ABŞ Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlıdır" -deyə "USAID"ın nümayəndəsi bir daha qeyd edib ki, qarşıdakı seçkilərin nəticələri barədə Amerika tərəfi də öz fikrini bildirəcək.

Xəbər lenti

Xəbər lenti