...

MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI İKİNCİ ALEKSİ AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB

Siyasət Materials 21 Sentyabr 2005 19:46 (UTC +04:00)

Trend bildirir ki, Moskva və bütün Rusiyanın patriarxı İkinci Aleksi sentyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda bu yaxınlarda Bakıya səfəri zamanı patriarxa və onun yol yoldaşlarına göstərilən qonaqpərvərliyə görə təşəkkür bildirilir.

Qeyd olunur ki, Azərbaycan rəhbərliyi Azərbaycan ərazisində yayılmış ənənəvi dinlərin nümayəndələrinə, o cümlədən respublikanın Pravoslavlığa etiqad edən rus diasporuna hər cür dəstək göstərir.

Sonra məktubda deyilir: "Mənə Azərbaycanın "Şöhrət" ordeni kimi yüksək dövlət mükafatı təqdim etdiyinizə görə, Sizə xüsusi təşəkkürümü bildirirəm və ümid edirəm ki, səfərimiz Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin inkişafına öz xeyirxah təsirini göstərəcək".

Xəbər lenti

Xəbər lenti