...

DİN VƏ UNICEF UŞAQ CİNAYƏTKARLIĞI İLƏ MƏŞĞUL OLAN MÜFƏTTİŞLƏR ÜÇÜN KURSLAR KEÇİRİR

Siyasət Materials 26 Sentyabr 2005 18:50 (UTC +04:00)

Sentyabrın 26-da "Gənclik" (Zağulba) mərkəzində uşaq cinayətkarlığı sahəsində ixtisaslaşmış polis müfəttişləri üçün treninq işinə başlanılıb.Bu barədə Trend ə UNICEF-in Bakı nümayəndəliyində bildirilib.

Oktyabrın 7-dək davam etdiriləcək kursların açılışında UNICEF nümayəndəliyinin başçısı Hana Sinqer və daxili işlər nazirinin müavini Oruc Zalov iştirak edib. Kurslarda Bakıdan, Sumqayıtdan, Qubadan, Şərurdan və Bərdədən olan müfəttişlər iştirak edir.Treninqlərin məqsədi polisləri yeniyetmələrə münasibətdə ədliyyə sisteminin beynəlxalq standartları və Azərbaycan sisteminin beynəlxalq praktika ilə uyğunlaşdırılması aspektləri barədə məlumatlandırmaqdır.

Bu yolla hazırlanmış aparıcı müfəttişlər qrupu cari il ərzində belə kurslar vasitəsilə öz həmkarlarını məlumatlandırmaqla məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti