...

Y.ƏLİYEV: İCAZƏSİZ AKSİYA ZAMANI SAXLINILAN 30 NƏFƏRDƏN 28-NİN İŞİ MƏHKƏMƏYƏ VERİLİB

Siyasət Materials 9 Oktyabr 2005 19:14 (UTC +04:00)
Y.ƏLİYEV: İCAZƏSİZ AKSİYA ZAMANI SAXLINILAN 30 NƏFƏRDƏN 28-NİN İŞİ MƏHKƏMƏYƏ VERİLİB

Oktyabrın 9-da "Azadlıq" seçki blokunun keçirdiyi qanunsuz aksiyada 400-ə yaxın adam iştirak edib. Bu barədə Trend ə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev ekskluziv olaraq məlumat verib.

Onun sözlərinə görə, polislərə qarşı aksiya iştirakçıları tərəfdən güc tətbiq edilib və 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Y.Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimlinin aksiya iştirakçılarının dinc yürüş keçirmək istədikləri və toqquşmaya getmədikləri barədə bəyanatını təkzib edib.

Y.Əliyev bildirib ki, icazəsiz aksiya zamanı tutulub saxlanılan 30 nəfərdən 28-nin işi məhkəməyə verilib.

Xəbər lenti

Xəbər lenti