...

Azərbaycan prezidenti Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Lebedevi qəbul edib

Siyasət Materials 20 Oktyabr 2005 19:00 (UTC +04:00)

Oktyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Lebedevi qəbul edib. Trend bildirir ki, görüşdə iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Xarici kəşfiyyat xidmətinin direktoru qeyd edib ki, əməkdaşlıq ölkələrimiz, habelə region üçün mövcud olan təhlükələrə qarşı birgə mübarizəyə xidmət edir.

Prezident İ.Əliyev bir çox sahələrdə Azərbaycan ilə Rusiya arasındakı ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib.O, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından iki ölkənin xüsusi xidmət orqanları əməkdaşlığının əhəmiyyətini yüksək qiymətləndirib.Prezident əmin olduğunu bildirib ki, Rusiya xarici kəşfiyyat xidməti başçısının hazırkı səfəri bu əməkdaşlığın inkişafına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti