...

Bakı Şəhər İcra Hakimiyyəti YAP-ın yürüş-mitinqinə izacə verib

Siyasət Materials 28 Oktyabr 2005 13:08 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının (YAP) noyabrın 4-də keçirməyi planlaşdırdığı yürüş-mitinqinə izacə verib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Zaur Ramazanov məlumat verib. O bildirib ki, YAP-ın müraciətinə verilən cavab məktubunda bildirilib ki, partiyanın noyabrın 4-də saat 15.00-dan 18.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq H.Zərdabi küçəsindən keçməklə "Qələbə" kinoteatrının qarşısındakı meydanadək yürüş-mitinq keçirməsinə razılıq verilir.

Qeyd edək ki, "Azadlıq" bloku da noyabrın 3-də və 4-də Bakıda kütləvi aksiyalar keçirməyi planlaşdırıb. Lakin Z.Ramazanov bildirib ki, "Azadlıq" blokundan Bakı Şəhər İcra Hakimiyyətinə bu barədə hər hansı bir müraciət daxil olmayıb. Onun sözlərinə görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə görə, kütləvi tədbirlərin təşkilatçıları müvafiq icra hakimiyyəti orqanına həmin tədbirin keçiriləcəyi gündən ən azı 5 gün əvvəl xəbərdarlıq məktubu göndərməlidir. İcra hakimiyyəti isə tədbirin keçiriləcəyi tarixdən iki gün əvvəl cavabını bildirməlidir.

Xəbər lenti

Xəbər lenti