...

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna xarici ölkələrdən 200-dən artıq sorğu daxil olub

Siyasət Materials 22 Noyabr 2005 15:52 (UTC +04:00)

Cari ilin 11 ayı ərzində xarici dövlətlərdən Azərbaycandakı Milli Mərkəzi Büroya beynəlxalq axtarışda olan şəxslərlə əlaqədar 200-dən artıq sorğu daxil olub. Bu barədə Trend ə Milli Mərkəzi Bürodan məlumat verilib.

Həmin şəxslər Özbəkistan hadisələri (130 nəfər), Nalçik hadisələri (65 nəfər), Türkiyədə PKK-nın fəaliyyəti (6 nəfər) ilə əlaqədar axtarışdadır. Onlar terrorçuluqda, narkotiklərin qanunsuz dövriyyəsində, qəsdən adam öldürməkdə və s. cinayətlərdə təqsirləndirilirlər.

Xəbər lenti

Xəbər lenti